Korporativ sosial məsuliyyətin inkişafında özəl sektorla gənclərin əməkdaşlığı layihəsi başa çatdı-Foto                        Gənclər üçün “təhlükəsiz yol-təhlükəsiz gələcək"maarifləndirmə kampaniyasının təşkili adlı layihə yekunlaşdı                        “Beynəlxalq təşkilatlarda çalışan azərbaycanlı gənclərin milli maraqlarımızın müdafiə olunmasında rolunun artırılması” adlı layihə həyata keçirmişdir                        “Əhalinin həssas qruplarının cəmiyyətə adaptasiyasına həsr olunan maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsinə yekun vuruldu                        Əlilliyi olan şəxslərin təhsil imkanları artırıldı                        “Gənc aqronom, gənc sahibkar fermer təsərrüfatlarının inkişafına dəstək” layihəsi keçirilmişdir                        Vüsal Quliyevin sədrliyi ilə 2017-ci il ikinci qrant müsabiqəsinin yekunları ilə bağlı qərar qəbul edilib                        “İnsultla əhaliyə tanıdaq” adlı layihəyə yekun vuruldu-Fotolar                        Şura Katibliyinin əməkdaşı yazdı: “Qarşıdakı illərdə də dövlətimizin bilavasitə dəstəyi və qayğısı nəticəsində vətəndaş cəmiyyəti Azərbaycan üçün vacib və mühüm layihələri həyata keçirəcək”                        “Müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə Qarabağın təbliğ edilməsi” adlı layihəyə yekun vuruldu                        “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Gəncədə tədbir keçirib-Fotolar                        “Xəmsə” Milli İntellektual oyunu üzrə Xocavənd rayonunda seçim turu keçirildi-Foto                        “Azərbaycançılıq ideologiyasının milli-mədəni irs kimi təbliği” layihəsinin icrasına yekun vurulmuşdur-FOTO                        Baş konsulluğun binası atəşə tutuldu                        Kredit borcu olanların əmlakı təhlükədə                        Baş nazir qaydaları sərtləşdirdi                        Piriyev oğluna toy etdi - Fotolar                        “Məni sünnilərlə şiələri ayırmaqda ittiham edirlər” - Ərdoğan “xeyr” çadırında                        Azərbaycanda Tarif Şurasına yeni səlahiyyət verildi                        Şagirdlərin Azərbaycana səfəri dünya mediasında                        Millimizin heyəti açıqlandı                        Düşmən snayperlərdən istifadə edir                        Avropa suyun altında qala bilər                        “Hər gün öz halal pullarını alırlar” - İlham Əliyev                        Manatın bugünkü hərrac qiyməti                        Məsut Özil Azərbaycana təşəkkür etdi - Foto                        İlham Əliyev Saatlıda                        "Woodpecker Mebel"Şirvan şəhər filialı -Sizin doğru seçiminiz burda! + Fotolar                        Kamran Ağayevdən ilk                        DSX əməliyyat keçirdi                       

Xocavənd rayonunda gənclər günü qeyd olundu-Foto

03-02-2016 18:11
Xocavənd rayonunda gənclər günü qeyd olundu-Foto
Xocavənd rayon Gənclər və İdman idarəsi 02 fevral 2016-cı il tarixdə Xocavənd rayon Mədəniyyət evində “2 Fevral - Azərbaycan Gəncləri günü”nə həsr olunmuş bədii əyləncəli mərasim keçirdi. “Gənclər günü”nün qeyd olunması, gənclərin asudə vaxtının səmərəli və mənalı təşkili məqsədi ilə keçirilən mərasimə 159 nəfər qatılmışdı. Rayonun ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən, idmanın müxtəlif növlərində, müsabiqə və intellektual oyunlarda yüksək nailiyyətlər qazanan gənclərlə bərabər rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşlarının da iştirak etdiyi tədbirdə rəngarəng mahnılar və şeirlər ifa edildi, səhnəciklər nümayiş olundu.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ilk olaraq gəncləri təbrik etdi, dövlətin gənclərlə iş və idman sahəsində yürütdüyü siyasətdən danışdı. Qeyd etdi ki, son illər Azərbaycanın iqtisadi cəhətdən daha da güclənməsi, beynəlxalq nüfuzunun artması, regionda lider dövlətə çevrilməsi möhtərəm Prezidentimizin məqsədyönlü siyasətinin bəhrəsidir.
Cənab Hüseynov gənclərə dəyərli tövsiyyələr verərək bildirdi ki, Azərbaycan gəncliyi daim sağlam, gümrah, dərin biliyə malik olmalı və öz üzərində çalışmalıdır. Azərbaycan gəncliyinin tərəqqisinə, gələcəkdə daha firavan yaşayacağına əminik. Ərazi bütövlüyümüzün bərpası bizim ümdə, ən əsas vəzifəmizdir və gənclərimizin hər biri öz çalışdığı sahədə əlindən gələni etməlidir ki, bu arzular, bu istəklər gerçəkləşsin.
Xocavənd rayon Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyev görülən işlərdən danışaraq qeyd etdi ki, idarə tərəfindən həyata keçirilən tədbirlər gənclərin maraqlarına, mənafe və ehtiyaclarına uyğunlaşdırılmışdır. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, ictimai-siyasi fəallığının artmasına kömək göstərilməsi, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi və bu kimi digər məsələlər hər zaman idarənin diqqət mərkəzində olmuşdur.
Aslan Quliyev daha sonra bidirdi ki, bugünkü gənclərin həyatı çox surətli və dinamik cərəyan edən tarixi bir zamana təsadüf edir. Biz bunu dünyada, həmçinin Azərbaycanda gedən sosial-iqtisadi proseslərə, gənclər hərakatının inkişafına, regionda və dünyada baş verən hadisələrə, müasir dövrün gənclərini düşündürən məsələlərə nəzər salarkən görürük. Belə bir çətin və məsuliyyətli dövrdə cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin üzərinə böyük və şərəfli vəzifələr düşür. Gənclərin hərtərəfli inkişaf etməsi, gələcəyimizin aydın və işıqlı olması deməkdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatı Gənclər birliyinin sədri Vüsal Hüseynov və digər gənclər də çıxış etdilər. Vüsal Hüseynov çıxışında bildirdi ki, gənclər bütün dövrlərdə dövlətin aparıcı qüvvəsi olmuş, cəmiyyətdə baş verən proseslərin önündə getmişdir. Hər bir dövlət, millət öz gələcəyini məhz gənclərdə görür və onların inkişafı üçün çalışır. Ötən əsrin 70-ci illərində respublikaya rəhbərliyə gələn ümummili liderimiz Heydər Əliyev Azərbaycan gənclərinin hərtərəfli, sağlam böyüməsi, layiqli vətəndaş olmalarından ötrü böyük işlər görmüşdür. Fərəhlə demək olar ki, bu gün Azərbaycanda gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemi - gənclər siyasəti var.
Xocavənd rayonunda gənclər günü qeyd olundu-Foto
Xocavənd rayonunda gənclər günü qeyd olundu-Foto
Xocavənd rayonunda gənclər günü qeyd olundu-Foto
Xocavənd rayonunda gənclər günü qeyd olundu-Foto
Xocavənd rayonunda gənclər günü qeyd olundu-Foto
Xocavənd rayonunda gənclər günü qeyd olundu-Foto



Kareqoriya: Gündəm
Tarix: 03-02-2016 18:11
Baxış sayı: 380
Axtarış

Yeni xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
27 / 03 / 2017